Şəkidə silahla ehtiyatsız davranma ölümə səbəb olub



Şəkidə 36 yaşlı kişi həmkəndlisini güllələyib.

Hadisə rayonun Baş Küngüt kəndində baş verib.

Kənd sakini 1986-cı il təvəllüdlü Pərvin İsmayılov əlində olan ov tüfəngi ilə ehtiyatsız davrandığından həmkəndlisi 1992-ci il təvəllüdlü Nurlan Rövşən oğlu Mustafayevi güllələyib.

Ağır güllə yarası alan N.Mustafayev elə hadisə yerində keçinib.

Hadisəni törətməkdə şübhəli sayılan P.İsmayılov saxlanılıb.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.