Goranboyda bacı və qardaş bıçaqlanaraq öldürülüb
Goranboyda baş verən hadisədə ölənlərin adları məlum olub.
Bıçaqlanaraq öldürülənlər Goranboy rayon Qarasüleymanlı kənd sakinləri 1960-cı il təvəllüdlü Namazova Səlmi Rəcəb qızı və qardaşı 1970-ci il təvəllüdlü Namazov Pərviz Rəcəb oğludur.
Hadisəni törədən isə mərhumları həmkəndliləri 1965-ci il təvəllüdlü Haqverdiyev İlham Şahverdi oğludur.
İ. Haqverdiyev hər iki şəxsi soyuq silahla qətlə yetirib. Hadisənin torpaq sahəsi üstündə baş verdiyi deyilir.
O, polis tərəfindən saxlanıb.