Ələt-Astara yolunda mikroavtobusla "KamAZ" toqquşub, ölən və xəsarət alanlar var


Ələt-Astara magistralında ölümlə nəticələnən qəza baş verib.

Fövqəladə Hallar Nazirliyi (FHN) Ələt-Astara magistralında baş verən qəza ilə bağlı məlumat yayıb.
"112" qaynar telefon xəttinə Salyan rayonunda (Ələt-Astara magistral avtomobil yolunun 72-ci kilometrliyi) “Mercedes” markalı mikroavtobusun “KamAZ” markalı yük avtomobilinə çırpılması barədə məlumat daxil olub.
Professora qarşı 2 milyon manat dələduzluqda ittiham olunan iki nəfər həbs edilib
Gəncə sakini naməlum şəxs tərəfindən bıçaqlanıb
Qəhrəmanlıq salnaməsi: Azərbaycan 20 Yanvar şəhidlərini anır - FOTOLENT
Hadisə yerinə cəlb olunan FHN-nin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfər sərnişini deformasiyaya uğrayan mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hadisə Ələt-Astara magistralının Salyan rayonunun Şorsulu kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb.
99 JT 145 dövlət nömrə nişanlı mikroavtobus “KamAZ” markalı 42 BT 295 dövlət nömrə nişanlı avtomobilə çırpılıb. Nəticədə 1 nəfər hadisə yerində ölüb, 5 nəfər xəsarət alıb. Onlardan 2-si kişi, 3-ü qadındır.
Yaralılar Salyan rayon xəstəxanasına yerləşdirilib. Hadisə yerinə FHN-in Salyan rayon yanğından mühafizə xidmətinin xilasediciləri cəlb olunub. Avtomobildə sıxılıb qalmış sərnişini xüsusi avadanlığın köməyi ilə avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.