Bakıda mənzildən meyit tapılıb


Paytaxtda mənzildən meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, hadisə Yasamal rayonunda baş verib.
Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1956-cı il təvəllüdlü Rəcəbova Tamella Həsən qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.