Qaxda 10 gün əvvəl itkin düşən kişinin meyiti tapılıb


Qax rayonunda 10 gün əvvəl itkin düşən şəxsin meyiti tapılıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, Qax rayonu Qaxbaş kənd sakini 57 yaşlı Abdulla Abdullayevin meyiti bu gün səhər saatlarında yaşadığı kəndin ərazisindəki su kanalında aşkarlanıb. Meyit müayinə edilmək üçün aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, 57 yaşlı Abdulla Abdullayev yanvarın 24-də yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.