Tovuzda oğul atasını silahla qətlə yetirib
Tovuzda qətl hadisəsi baş verib.
Hadisə rayonun Hunanlar kəndində qeydə alınıb.
Kənd sakini 1947-ci il təvəllüdlü Qamət Əliyev oğlu 1980-ci il təvəllüdlü Ceyhun Əliyev tərəfindən odlu silahla qətlə yetirilib. Hadisəni törədən 1980-ci il təvəllüdlü Ceyhun Əliyev şübhəli bilinir.
C.Əliyevin psixoloji problemlərinin olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.