Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Bakıda görüşlər keçirəcək
“Sabah Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 8-ci iclasına həmsədrlik edəcəyəm. Həmçinin nazirlərlə bir neçə ikitərəfli görüşlərim olacaq”.
Bu barədə Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson "Twitter"də yazıb.
Simson daha sonra əlavə edib: “Aİ və Azərbaycan arasında strateji enerji tərəfdaşlığını bir daha təsdiqləmək üçün zamanında olan bir fürsətdir”.