Rusiya aviasiyası Ermənistanda təlim uçuşları keçirib


Rusiyanın Cənub Hərbi Dairəsinin qırıcı aviasiya ekipajları Ermənistanın Erebuni aviabazasından MiQ-29 və Su-30SM qırıcıları ilə təlim uçuşları həyata keçirib.

Bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
“Heyətlər mürəkkəb pilotlaşdırma elementləri ilə çətin hava şəraitində cütlük və bölmələr şəklində döyüş hazırlığı tapşırıqlarını işləyiblər”, - deyə xəbərdə vurğulanıb.

Pilotlar leysan yağışları, güclü külək, yüksək dağlıq ərazilərdə temperaturun dəyişməsi ilə müşayiət olunan çətin hava şəraitində gündüz və gecə tapşırıqlarını yerinə yetiriblər.