Ermənistan parlamentinin spikeri Prezidentin istefası barədə qərar imzalayıb


Ermənistan parlamentinin spikeri Alen Simonyan Prezident Armen Sarksiyanın istefası barədə qərar imzalayıb.

TASS xəbər verir ki, o, istefadan 7 gün keçdikdən sonra bu barədə qərarı təsdiqləyən qərarı imzalayıb.

Müvafiq qərar bu gün qanunverici orqanın saytında yerləşdirilib.

Xatırladaq ki, Armen Sarkisyan yanvarın 23-də Ermənistan Prezidenti postundan istefa verdiyini açıqlamışdı.