NATO Rusiya ilə dialoqa hazır olduğunu bildirib.
“NATO Rusiya ilə dialoqa hazır olduğunu açıq şəkildə bildirib.”
APA xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq “The Washington Post” qəzetinə müsahibəsində deyib.
Baş katib bildirib ki, Rusiyanın hərbi güclənməsi izaholunmaz və əsassızdır.
“Rusiya bunu izah etməli, deeskalasiyaya və NATO müttəfiqləri ilə ciddi siyasi dialoqa başlamalıdır” deyə Yens Stoltenberq bildirib.
Y.Stoltenberq əlavə edib ki, Rusiya-NATO Şurası gərginliyinin həlli siyasi müstəvidə olmalıdır.