Siyasi məhbuslar məzuniyyətə buraxılıb


İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumatına görə, Ərdəbil həbsxanasında saxlanılan siyasi məhbus Əli Vasiqi və Urmiyə həbsxanasında saxlanılan milli fəal Salar Tahir Əfşar müvafiq olaraq 7 və 5 günlük məzuniyyətə çıxıb.

Əli Vasiqi iyunun 28-də 50 milyon tümənlik və Salar Tahir Əfşar 300 milyon tümənlik mülki zəmanət qarşılığında məzuniyətə çıxdıqları bildirilir.

Salar Tahir Əfşar aprelin 19-da atasının evində Kəşfiyyat agentləri tərəfindən saxlanılaraq, həmin şəhərin Kəşfiyyat İdarəsinin təcridxanasına aparılıb, ordan isə həbs cəzasının tətbiq edilməsi üzrə Urmiyə Həbsxanasına yerləşdirilimişdi.

Əfşar ilkin məhkəmə tərəfindən 4 il həbsə məhkum edilsə də, Apellyası Məhkəməsi ona "qanunsuz mitinqdə iştirak etmək" ittihamından bəraət qazandırıb, həbs cəzasını 1 ilə endirib.

Digər türk siyasi məhbus Əli Vasiqi isə Ərdəbil həbsxanasında 2 il həbs cəzasını çəkir. Əli Vasiqi və qardaşı Rza Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən “milli təhlükəsizliyə qarşı cinayət törətməkdə əlbir olmaq” ittihamı ilə müvafiq olaraq 3 il və 2 il həbs cəzasına məhkum edilmişdi. Daha sonra fəalların kassasiya şikayətinə baxan Apellyasiya Məhkəmə Əli Vasiqinin hökmünü 2 ilə endirmişdi. /Amerikaninsesi/