18 ildən sonra jurnalisti qətlə yetirməkdə ittiham edilənlərə bəraət verildi


7gun.org-ın “Amerikanın Səsi”nə istinadən məlumatına görə, Pakistanın Ali Məhkəməsi cümə axşamı 2002-ci ildə amerikalı jurnalist Daniel Pörlün qaçırılması və başının kəsilməsini planlaşdırmaqda ittiham olunan Britaniya vətəndaşına bəraət qazandırıb.

Məhkəmə başqa bir cinayət işinə görə axtarıldığı bildirilmədiyi təqdirdə Əhməd Ömər Şeyxi və onun üç pakistanlı ortağına qarşı irəli sürülən bütün ittihamların ləğv edilməsi və onların dərhal həbsdən azad edilməsi barədə qərar verib.

Həmin dörd nəfər Wall Street Journal müxbirinin dəhşətli şəkildə qətlə yetirilməsinə görə 18 il həbsxanada keçirib.

"Məhkəmə qərarında deyilir ki, onlar bir gün belə həbsxanada qalmamalı idi" - deyə, Ömər Şeyxlə heç bir qohumluğu olmayan vəkil Məhmud Şeyx Ali Məhkəmənin qarşısında jurnalistlərə bildirib.

18 il əvvəl, cinayətin baş verdiyi Pakistanın Sind əyalətindəki Terrorla Mübarizə Məhkəməsi Britaniyada anadan olan Şeyxi Pörlün qətlini təşkil etdiyi üçün edama, onunla əlbir olduğu deyilən digər üç nəfəri isə ömürlük həbs cəzasına məhkum etmişdi.

Lakin 2020-ci ilin aprelində Sinddəki apellyasiya məhkəməsi Şeyxə qarşı çıxarılan qərarı ləğv edib, yalnız qaçırma ittihamı ilə həbs cəzasını 7 ilə endirib və həmin müddət başa çatdığlı üçün azadlığa buraxılmasına icazə verib. Qərarda Şeyxlə əlbir olanların da sərbəst buraxılmasına icazə verilib.

1. Bizi Facebookda izlə

2. Bizi İnstagramda izlə

3. Bizi YouTubda izlə