Əfv Komissiyasının növbəti iclası keçiriləcək


Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının nə vaxt keçiriləcəyi məlum olub.

7gun.org-ın Modern.az-a istinadən məlumatına görə, komissiyanının növbəti toplantısının fevralın 24-də keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, indiyədək komissiyanın 2 iclası keçirilib və daxil olan müraciətlərin 200-dən çoxuna baxılıb.