Mikayıl Cabbarov Adnan Əhmədzadə kabusunu bitirəcəkmi?


Məlum olduğu kimi Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası yaradılıb. Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov Müşahidə Şurasının sədri təyin olunub. Heç şübhəsiz bu fərman haqqında xeyli iddialar səslənən SOCAR idarəetməsinə təsirsiz ötüşməyəcək. Bu sırada diqqətə gələn ilk isimlərdən biri Adnan Əhmədzadədir. Adnan Əhmədzadə adı mətbuata yaxşı tanışdır. SOCAR-da ölkə neftinin xarici bazarlara satışı ilə bağlı baş verən bütün qaranlıq məsələlərdə onun adı keçir. Bununla bağlı cumhuriyyet.az bildirir ki, təkcə yerli mətbuatda deyil, beynəlxalq mediada da bu mövzuda böyük məqalələr nəşr olunub. Həmin yazılarda Rövnəq Abdullayevin qaranlıq satış işlərini qohumu Anar Əliyevə və Adnan Əhmədzadəyə etibar etdiyi açıqlanır.

Adnan Əhmədzadə kimdir, onun adı niyə şirkətin bütün önəmli işlərinin içində keçir?

Əhmədzadə 2006-cı ildən SOCAR-ın Marketing və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi olub, “SOCAR-Trading”ə rəhbərlik edib. Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə və İspaniyada biznesmen kimi tanınır. SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovun yazınıdır. Əhmədzadə SOCAR-dakı fəaliyyəti sayəsində özünə böyük biznes şəbəkəsi qurub. Ölkədəki “Rahat” supermarketlər şəbəkəsinin, “Xoxo” gecə klubunun, Rusiya, Ukrayna Gürcüstan, Qazaxıstan və Polşada iri layihələr həyata keçirən “Caspian Service” tikinti şirkətinin də ona məxsus olduğu deyilir. Binə qəsəbəsindəki atçılıq fermasında bahalı “Throughbred” atları var. Onun bahalı avtomobillərinin, qiyməti 1 milyon dollara çatan “Jacob & Co Astronomia” saatının, “Palm Cümeyrada” daşınmaz əmlakının hansı pullarla alındığı kimsəyə sirr deyil. Jurnalist Cavanşir Həsənlinin araşdırmalarından məlum olur ki, İngiltərə və Uelsdə əmlak qeydiyyatını aparan HM Land-ın məlumat bazasında Adnan Əhmədzadənin 2016-cı ilin fevralında Londonda qiyməti 6 milyon 50 min funt sterlinq olan mənzil aldığı haqqında sənəd yerləşdirilib.

Bu sənəddə Adnan Əhmədzadənin yaşayış ünvanının Dubayda Palm Jumeirahdakı Oceana Residence (Argean Building PH2) olduğu əksini tapıb. Bu rezidensiyada 3 otaqlı mənzilin qiyməti 3.9 milyon dirhəmdən 7.7 milyon dirhəmə qədər (1.1 milyon dollardan 2.1 milyon dollara qədər) dəyişir. Londonda da onun “AA PROPERTIES 2000 LTD” adlı şirkəti qeydiyyatdan keçib. Şirkət daşınmaz əmlak alışı ilə məşğuldur. Əhmədzadələrin İngiltərədə daha bir şirkətləri var. Londonda fəaliyyət göstərən PS ASSETS LİMİTED şirkəti 2 oktyabr 2013-cü ildə qeydiyyatdan keçib. Adnan Əhmədzadənin qardaşı Xəyal Əhmədzadə də SOCAR rəhbərliyində təmsil olunur. O, qardaşının prezidenti olduğu “SOCAR-Trading”də biznesin inkişafı üzrə vitse-prezident vəzifəsini icra edib. Adnan Əhmədzadənin daha bir şirkəti İspaniyadadır. SIMPLEMENTA2000 SL 11 oktyabr 2018-ci ildə Malaga Ticari Qeydiyyat Bürosunda (Registro Mercantil de Málaga) SOCAR-ın idarə rəisinin öz adına qeydiyyatdan keçib. Siyahını bir az da uzatmaq istərdik, amma çox uzundur, bizim kimi, sizin də gözləriniz qaralar. Əhmədzadə bu qədər əmlakı Rövnəq Abdullayevə hansı xidməti sayəsində yığıb görəsən? Onu Abdullayevin bütün çirkli işlərini həyata keçirdiyi, gecəsi bir milyona başa gələn bahalı “partiləri”ni təşkil etdiyi, “kassası” rolunu oynadığı haqqında deyilənlər təsdiqini tapır artıq. Bir müddət əvvəl SOCAR-da vergi və yeyinti şübhələri əsasında yoxlamalar aparılanda Əhmədzadənin həbs olunduğu xəbəri yayılmışdı. Sonra adam qalmaqaldan sağ çıxıb öz işinin başına qayıtdı. Prezidentin bugünkü təyinatı nə anlam ifadə edir? Onu şirkətdə öz qohumunun yanına, müavinin müavini vəzifəsinə təyin etməklə cəzalandırmaq istəyirlər, yoxsa mükafatlandırmaq? Suallar çoxdur, Əhmədzadəni müavinin müavini təyin etməklə məsələ bitmir, problemi kökündən həll etmək lazım.

Antalyanın və Londonun daşınmaz əmlak bazarında ilk addımlar

Dövlət şirkətində işləmək qırx bir yaşlı Ədnana şəxsi biznesini qurmağa mane olmayıb, bəlkə də kömək edib. Britaniya şirkətlər reyestrinə təqdim etdiyi məlumatlarda Ə. Əhmədzadə Birləşmiş Ərəb Əmirliklərinin vergi ödəyicisi ödəyicisi olduğunu açıqlayıb. Bu, 2015-ci ildə Londonda özəl biznesə girişərkən baş verib. Bunadək isə o, Antalyada daşınmaz əmlak bazarında özünü sınamışdı.

2006-cı ilin avqustunda Ədnan Bakı şəhəri, Bakıxanov qəsəbəsində yaşayan Qərib Orucovla birlikdə “Ahmadzada Turizm Gida Petrol Ticaret Sanayi Limited” şirkətini yaradır.
Mikayıl Cabbarov Adnan Əhmədzadə kabusunu bitirəcəkmi?

Mənbə: Türkiyə Ticarət Reyestri qəzeti

30 min lirəlik ilkin kapitalın 21 minini Ədnan (Vergi ödəyicisi nömrəsi: 0100396070 ) yatırır. Sonralar ortaqlığa Zaur Səmədov və Fərəh Hacıyeva da qoşulurlar. Nəticədə şirkətin kapitalı 1 milyon türk lirəsinə qaldırılır. 2012-ci ilin yanvarında isə Ədnan bu şirkətdəki nominal qiyməti 175 min lirə olan 70 ədəd payının hamısını Z. Səmədova açıqlanmayan qiymətə satır. Dörd ay keçər-keçməz Z. Səmədov və F. Hacıyeva şirkətin ləğvi barədə qərar verirlər.

2015-ci ilin dekabr ayında Ədnan Əhmədzadə Britaniyada 100 funtluq kapitalla “AA Properties 2000 Ltd” şirkətini (qeydiyyat nömrəsi: 09903368 ) təsis edir.
Mikayıl Cabbarov Adnan Əhmədzadə kabusunu bitirəcəkmi?

Mənbə: AA Properties 2000 Ltd şirkətinin reyestr məlumatı

Mənbə: Meydan.tv

İki ay sonra Ədnan Londonda, Lanterns yolu, Denison House, ev 20 ünvanında yerləşən 409 nömrəli mənzili satın alır. İnvestisiya əmlakının satın alınmasını “SG Hambros Bank (Channel İslands) Limited” ofşor bankı maliyyələşdirir. Kredit Bakı şəhəri, Nəcəf bəy Vəzirov küçəsi, ev 11D, mənzil 22 ünvanında qeydiyyatda olan Ədnanın adına rəsmiləşdirilsə də, mənzil onun şirkətinin adına qeydə alınır və kreditin təminatı kimi həmin mənzil girov qoyulur. 577,6 min funt məbləğində qiymətləndirilən bu əmlak 2016-cı ilin avqustunda Battle House, 1-dən (poçt ünvanı EN48RR) Old Burlington küçəsi, 32 ünvanına (W1S 3AT) köçürülən “AA Properties 2000 Ltd” şirkətinin yeganə aktividir. 2016-2017-ci illərdə Ədnan Əhmədzadə ipoteka öhdəliklərinin bağlanmasından ötrü 22,4 min funt ödəyir. 2017-ci ilin yanvarından etibarən bu daşınmaz əmlak şirkətinə 25 yaşlı Nigar Kərimli rəhbərlik edir. N. Kərimli müxbirimizə şirkətin daşınmaz əmlak bazarında fəal əməliyyatlar apardığını bildirsə də, Ədnan Əhmədzadənin bu şirkətin idarə olunmasında iştirakı haqda suala cavab verməyib.

Əhmədzadələr ailəsinin Londonun əmlak bazarına ikinci gəlişi

Əhmədzadə ailəsinin Britaniyada əmlakı bununla məhdudlaşmır. “SOCAR Trading” və İsveçrədə təsis olunmuş digər bir şirkətin (“STL Oil and Gas SA”) menecmentində təmsil olunan böyük qardaşı Xəyal 2018-ci ilin noyabr ayında “PC Assets Limited” şirkətinə (şirkət nömrəsi: 08715209) nəzarət etməyə başlayıb. “Bloomberg” agentliyinin məlumatına görə, Xəyal Əhmədzadənin SOCAR-a gəlişi 1997-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda təhsil illərinə təsadüf edir. O, SOCAR-da 1995-ci ildən işləyir.

Kapitalı 1 milyon funtdan çox olan “PC Assets Limited” şirkətində payların 25 faizdən az olmayan hissəsi Əhmədzadə qardaşlarının atasına məxsusdur. Ötən ilin dekabrında 70 yaşını qeyd edən Azəri Əhməd oğlu Əhmədzadə uzun illər Mədəniyyət Nazirliyində rəhbər vəzifələrdə çalışıb. “PC Assets Limited” şirkətinə “SOCAR Trading” şirkətinin daha iki azərbaycanlı əməkdaşı: Toğrul Rzayev və Elmir Ağamalıyev də sərmayə qoyublar.
Əhmədzadə qardaşlarının Bakıda da bir çox kommersiya əmlakının olduğu bildirilir. Onların arasında Xəyal Əhmədzadənin direktor olduğu “Valentis” şirkəti də var.
Mikayıl Cabbarov Adnan Əhmədzadə kabusunu bitirəcəkmi?

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadə

Mənbə: Report

"Cumhuriyyət" qəzeti

"7GÜN XƏBƏR" qəzetini sosial şəbəkələrdə izləyin, bəyənin və abunə olun:

1. Facebook

2. İnstagram

3. YouTube