Həkim Adil Qeybulla Tofiq Yaqublunu müayinə edəcək


7gun.org xəbər verir ki, bu barədə Tofiq Yaqublunun vəkili Elçin Sadıqov məlumat verib: "Penitensiar Xidmət həkim Adil Qeybullanın Tofiq Yaqublu ilə görüşməsinə, onu müayinə etməsinə icazə verdi. Görüş bu gün saat 17:00-da olacaq. Adil bəylə danışdım görüşə gedəcək".

Qeyd edək ki, Nizami rayon Məhkəməsinin hökmü ilə Tofiq Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. O, hazırda Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılır.