Tofiq Yaqubluya görə aclıq aksiyası keçirən müsavatçı saxlanılıb
Müsavat Partiyasının Şəki rayon təşkilatının üzvü Natiq İsrafillinin polis tərəfindən saxlanıldığı bildirilir.7gun.org xəbər verir ki, bu barədə Toplum Tv-nin Şəki müxbiri Müsavat Partiyasının Şəki təşkilatının sədri Bakixan Qəribliyə istinadən məlumat verib.
Məlumata görə, Partiyanın Şəki rayon təşkilatının üzvü Natiq İsrafilli Tofiq Yaqublunun həbsinə etiraz olaraq 7 sentyabrdan aclıq aksiyası keçirirdi.
Ancaq 8 sentyabrda polis tərəfindən saxlanılıb və hazırda partiya üzvündən xəbər yoxdur.