İcra hakimiyyətlərinin keçmiş başçıları barədə həbs qətimkan tədbiri seçilib
Dekabrın 20-də Səbaiel Rayon Məhkəməsi Ağstafa Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nizaməddin Quliyev və onun müavini Ramiz Tatarov barəsində istintaq müddətində - 4 ay həbs əqtimkan tədbiri seçib.Yevlaxın rayonunun icra hakimiyyətinin barədə də həmin müddətə həbs qətimkan tədbiri seçilib.
7gun.org Amerikaninsesi.org-a istinadən xəbər verir ki, bu barədə məhkəmədəki mənbə bildirib.
Dekabrın 19-da Dövlət Təhlükəsizliyi Xidməti həmin şəxslərin tutulması barədə məlumat yayıb.
Həbs olunanlar Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət almaq, mənimsəmə və başqa maddələri ilə ittiham olunur.
Onları 10 ildən 14 ilədək həbs cəzası gözləyir.