Masallı rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verildi


7gun.az-ın rəhbəri Cavid Şirəliyev Masallı rayon Məhkəməsinin 04.11.2019-cu il tarixli qətnaməsindən Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib.

Bu barədə Cavid Şirəliyev özünün feysbuk səhifəsində məlumat yayıb:

"Masallı rayon Məhkəməsi rayon İcra Hakimiyyətinin sabiq başçısı Rafil Hüseynovun mənə qarşı iddiasını qismən təmin edərək, 300 manat cərimə olunmağım barədə qətnamə qəbul etmişdir. Bu gün həmin qətnamədən Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verdim.

Birinci instansiya məhkəməsi iş üzrə birtərəfli və qərəzli araşdırma aparmış, mənim məhkəməyə təqdim etdiyim sübutların heç biri hərtərəfli, tam və obyektiv araşdırılmamış, həmçinin onlara düzgün hüquqi qiymət verilməmişdir.

Güman edirəm ki, Şirvan Apellyasiya Məhkəməsi Masallı rayon Məhkəməsi tərəfindən yol verilən qanun pozuntularını aradan qaldıraraq, iş üzrə hərtərəfli, tam və obyektiv araşdırama aparıb ədalətli qərar çıxaracaq"-deyə Cavid Şirəliyev bildirib.