Polis əməkdaşları yenə Qiyas İbrahimovu aparmağa gəliblər
Saat 15:45-də polis əməkdaşları yenidən Qiyas İbrahimovu aparmağa gəliblər.Onlar qapını döyür və Qiyas İbrahimovun çıxmasını tələb edirlər.
Hazırda mənzildə İbrahimov və ailə üzvləri ilə birlikdə bir qrup jurnalist də var.
Polis nümayəndələri İbrahimova aprelin 3-də saat 16:00-dan 18:00-a qədər Bakı Şəhər Baş Polis İdarəsinə gəlməsi zərurəti haqqında bildiriş gətiriblər.
Bildirişdə dəvətin səbəbləri və onu hansı vəzifəli şəxsin dəvət etdiyi göstərilməyib.
Bildirişi Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin rəisi Elnur Hüseynov imzalayıb.
İbrahimov jurnalistlərin müşaiyəti ilə polis idarəsinə getmək qərarına gəlib. Bununla belə, onun evinin həyətində polis əməkdaşları var.