Taleh Bağırzadənin həyat yoldaşı barədə rəsmi açıqlama


“Nardaran məhbusu” Taleh Bağırzadənin həyat yoldaşının saxlanılmasının təfərrüatları məlum olub.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Mehman Sadıqov Criminal.az saytına açıqlamasında məhbusun xanımı Leyla İsmayılzadənin Qobustan həbsxanmasına mobil telefon keçirmək cəhdini bir daha təsdiqlədi. Bildirdi ki, L.İsmayılzədənin işi Ədliyyə Nazirliyində araşdırılır. Xatırladaq ki, ötən gün Penitensiar Xidmətin əməkdaşları tərəfindən saxlanılıb.

Xidmətin yaydığı məlumat yayıb ki, 21.03.2019-cu il tarixdə18 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Penitensiar xidmətin həbsxanasında cəza çəkən məhkum Bağırov Taleh Kamil oğlunun yanına üç azyaşlı övladları ilə birgə qısamüddətli görüşə gəlmiş arvadı Bakı şəhər sakini İsmayılzadə Leyla Miryaqub qızı tərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilən zaman uşaq çantasının içində oyuncaqların arasından 1 ədəd “Samsung” markalı mobil telefon və bir ədəd danışıq kartı aşkar edilib.

Yada salaq ki, 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər. Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

«Müsəlman Birliyi» Hərəkatının sədri T.Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov, Abbas Hüseynova 20 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib. Daha iki qrupun məhkəməsi davam edir. 10 gün əvvəl isə əlavə iki nəfərin istintaqı yekunlaşıb. Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər. Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.