Kim Çen İn Roma Papasını Şimali Koreyaya dəvət etdi


Son dövrlər dünyaya qapılarını açan Şimali Koreyanın lideri Kim Çen İndən növbəti təklif gəlib.

7gun.org “Ölkə.Az”-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya prezidenti açıqlamalar verib. Mun bildirib ki, Kim Çen İn Roma Papasını Şimali Koreyaya dəvət edib və gələn ay dəvət məktubunu Papaya təqdim edəcək.

Son dövrlər Şimali Koreya həm ABŞ-la, həm də Cənubi Koreya ilə münasibətlərini qaydaya salıb. Şimali Koreya dünyaya qapılarını açmağa həvəsli olduğunu sübut edir.

Kim Çen İn isə katolik dünyasının lideri Roma Papasını Şimali Koreyaya dəvət etməyi planlaşdırır. Onun dəvət məktubunu isə Roma Papasına Cənubi Koreya prezidenti təqdim edəcək.