İcbari tibbi sığorta mərhələli şəkildə tətbiq ediləcək Cəmiyyət 


Azərbaycanda icbari tibbi sığortanın tətbiqi 1 yanvar 2020-ci ildən mərhələli şəkildə həyata keçiriləcək. 7gun.org-ın məlumatına görə, bu barədə Turan-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində bildiriblər.

Belə ki, birinci kvartalda sistem şimal bölgəsinin 20 rayonunu (ölkə əhalisinin 23,82%-i), ikinci kvartalda  qərb bölgəsinin 17 rayonunu (əhalinin 24,6%-i), üçüncü kvartalda ölkənin 14 cənub rayonunu (əhalinin 19,53 faizi), dördüncü kvartalda isə Bakı, Sumqayıt və Abşeronu (əhalinin 32,05%-i ) əhatə edəcək.

Tibbi sığortaya 3000 diaqnoz üzrə tibbi xidmətlər aid ediləcək.

Ekspert Natiq Cəfərli hesab edir ki, uzun illərdir tibbi sığortanın tətbiqində gecikmə işçilərin xeyli hissəsinin rəsmi qeydiyyata alınmaması ilə əlaqədardır. 5,8 mln. əmək qabiliyyətli əhalinin yalnız 1,6 mln.-u muzdla işləyir. Rəsmi əmək haqlarının olmaması əhalinin icbari tibbi sığortaya cəlb edilməsində çətinliklər yaradır.

Digər tərəfdən, uşaqların, evdar qadınların və əlillərin azad olduğu ildə 120 manat həcmində sığorta ödənişi keyfiyyətli tibbi xidmətin göstərilməsini təmin edə bilməz.

O hesab edir ki,  icbari tibbi sığortanın tətbiq olunmasını daha gec müddətə təxirə salına bilər. Çünki pilot layihələr tibb işçilərinin dövlət qurumlarından özələ getməsi kimi problemlər aşkar edib.

Professor Adil Geybulla hesab edir ki, icbari tibbi sığortanın həyata keçirilməsinə cavabdeh olan şəxslərin çoxunun bu sistem haqqında təsəvvürləri yoxdur.

“Deyirdilər ki, həkimlərdən kim daha çox xəstəni müayinə edəcəksə, daha çox qazanc əldə edəcək. Ancaq bunun icbari tibbi sığorta ilə əlaqəsi yoxdur. O, standart paketləri nəzərdə tutur. Onun əsas məqsədi xəstəyi müştəri kimi baxmamaqdır. Bu, sosial təminatın elementlərindən biridir”, - professor deyib.

Onun sözlərinə görə, sistem tətbiq olunmaqla əhaliyə bütün xidmətlər paketi üzrə pulsuz yardım göstərmək mümkün olmayacaq. Bunun üçün 4 mlrd. manat lazımdır.

Parlamentin Səhiyyə komitəsinin üzvü Musa Quliyevin sözlərinə görə, ölkə əhalisi 90 manat məbləğində tibbi sığorta paketi ilə əhatə olunacaq. Bu, dövlət tərəfindən maliyyələşdiriləcək. Bundan əlavə, neft sahəsinin işçiləri əlavə olaraq əməkhaqqının 2% -i həcmində, qeyri-neft sektorunun işçiləri isə 1% həcmində tibbi sığorta ilə təmin ediləcək.

2023-cü ilə qədər dövlət vətəndaşların icbari tibbi sığortasını öz üzərinə götürəcək. Bundan ötrü ildə 2 mlrd. manat tələb olunur. Birinci il 1,5 mlrd. manat lazım olacaq. Bunun 1,2 mlrd.-ı dövlət, qalan 300 mini sığorta olunanların özləri tərəfindən maliyyələşdiriləcək. -21B06-