"Azel.TV" saytının inzibati qaydada həbs edilmiş baş redaktoru Əfqan Sadıqlı dekabrın 27-də azad edilib.
Həyat yoldaşının sözlərinə görə, o, cəza müddəti başa çatdığına görə azad edilib. Bir ay əvvəl - noyabrın 27-də Əfqan Sadıqov Səbail rayon məhkəməsinin qərarı ilə inzibati qaydada 1 il müddətinə həbs edilmişdi.
O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis əməkdaşının və ya hərbi qulluqçunun qanuni tələblərinə qəsdən tabe olmama) maddəsi ilə ittiham olunurdu.