Nazirlər Kabineti qəbiristanlıqların salınması və idarə olunması qaydalarını təsdiqləyb


2018-ci il dekabrın 4-də Azərbaycan Nazirlər Kabineti "Qəbiristanlıqların salınması və idarə olunması" qaydalarına dair 522-ci qərarı qəbul edib. Qaydalar hüzr və dəfn rituallarını əhatə edərək onları xırdalıqlarına qədər təsvir etməklə öz adından kənara çıxır. Qaydalar Mülki, Şəhərsalma və Tikinti məcəllələri, "Bələdiyyələrin statusu haqqında", "Dini etiqad azadlığı haqqında" qanunlar və digər normativ aktlar nəzərə alınmaqla qəbul edilib.

Qaydalar qəbiristanlıqların yaşayış məntəqələrindən yerləşmə, sanitariya və təmizlik normalarını, məzarların mühafizəsi, hakimiyyət orqanlarının və mərhumun qohumlarının qəbiristanlıqların saxlanması ilə bağlı məsuliyyəti, ailənin hələ sağ olan üzvləri üçün gələcək qəbirlərin alınması hüququnu, yaşıllaşdırma, qeydiyyat qaydaları, dövlət uçotu (reyestr), məzarların köçürülməsi, təkrar dəfn, ritual və qəbiristanlıq xidmətləri, mərhumun kateqoriyasından asılı olaraq məzarın ölçüsünü nəzərdə tutur.

Həmçinin qaydalar mərhumun yuyulması, hətta bu zaman istifadə olunmuş suyun atılması, müəyyən yaşayış yeri olmayan şəxslərin, məhbusların, uşaq evlərinin və qocalar evlərinin sakinlərinin dəfn edilməsi qaydalarını dəqiqləşdirir. Qeyd olunub ki, mərhumu daşıyan avtomobilin sahibi sonradan onu mütləq yumalıdır.

Nəhayət, kremasiya və kolumbarilərin yaradılması qaydaları nəzərdə tutulub.

Qaydalar cəmiyyətdə israfçılıq və sərvətin nümayişinə yönəlməsi hesab edilən ənənələrin çoxunu qadağan edir. Belə ki, qaydaların tətbiqindən sonra mərhumun haqqında bütün məlumatlar onun ölümündən dərhal sonra dövlət reyestrinə daxil ediləcək. Çünki bunsuz məzarda yer ayrılmayacaq; abidə qoymaq və kütləvi məzarüstü ucaltmaq olmaz; dəfn edilənin həyat yoldaşı istisna olmaqla, sag insanlar üçün məzar almaq qadağan edilir.

Qanunun icrasına bələdiyyə nəzarət edəcək.

Qeyd etmək lazımdır ki, uzun illərdir ki, Azərbaycan ictimaiyyətində qəbiristanlıq qaydaları, adətlər, dəfn, matəmin keçirilməsi və yas mərasimləri qaydaları müzakirə olunur. Cəmiyyət ümumilikdə israfçılığın, dəbdəbəli dəfn mərasimlərinin əleyhinədir.

Bununla bağlı sərt qaydalar Naxçıvan Muxtar Respublikasında qəbul olunub və ümumilikdə təqdir edilir. Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri şeyxülislam Allahşükür Paşazadə və digət ictimai xadimlər dəfələrlə vətəndaşları yas mərasimlərini sadə şəkildə keçirməyə, mərhumun ailəsini əlavə xərcə düşməyə sövq etməməyə çağırıblar.