Rafiq Cəlilov və doğmaları polisdən buraxılıb (YENİLƏNİB)


"Talışon sado" qəzetinin ("Talışın səsi") baş redaktoru Rafiq Cəlilov və doğmaları iyunun 12-də günün ikinci yarısında polis şöbəsindən buraxılıb.

7gun.org-ın məlumatına görə, R.Cəlilov Turan-a deyib ki, onları beş saatdan çox Lənkəran polisində saxlayıblar.

Onun sözlərinə görə, polis qəzetdə dərc edilən materiallarla maraqlanıb, Avropada siyasi mühacirlərin yaratdığı "Oyan" hərəkatının simvolu olan qum saatının təsvir edildiyi yazılarla bağlı iradını bildirib.Bu yazıları etirazlara çağırış kimi qəbul ediblər.

Sonda R.Cəlilovu və ailə üzvlərini buraxıblar, onun avtomobilində olan qəzetin son nüsxələrini götürüblər. Eyni zamanda saxlanılan şəxslərlə nəzakətlə davranıblar.

Redaktorun və ailəsinin olduğu avtomobil günün birinci yarısında saxlanmışdı.