İkili diplom proqramı təsdiqlənib
Azərbaycanın bəzi ali məktəblərində beynəlxalq ikili diplom proqramı tətbiq olunacaq. Bu, 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nda nəzərdə tutulub. Proqram dövlət başçısının 16 noyabr sərəncamı ilə təsdiq edilib və mətbuatda dərc olunub.Beynəlxalq ikili diplom proqramının tətbiqi o deməkdir ki, ölkənin inkişaf prioritetlərinə uyğun ixtisaslar üzrə ali məktəblərdə tədris dünyanın qabaqcıl ali təhsil müəssisələrinin tədris proqramlarına uyğun olaraq təşkil ediləcək.
İlkin mərhələdə aparıcı xarici ali məktəblərlə birlikdə beş beynəlxalq proqramın təsis edilməsi planlaşdırılır, eyni zamanda Azərbaycanın ali məktəblərində çalışmaq üçün əcnəbi müəllimlərin, həmçinin xaricdə çalışan azərbaycanlı mütəxəssislərin cəlb edilməsi planlaşdırılır.