Faiq Seyidova cinayət işi açıldı
“Xaliq Faiqoğlu” MMC-nin rəhbəri Seyidov Faiq Sadiq oğlu 10.07.2017-ci ildə “İdeal-inşaat” MMC-yə məxsus MTK-nın 200 ailəyə xidmət göstərən komendant otağını güc tətbiq edərək zəbt etməsi barədə daxil olmuş şikayət əsasında Binəqədi RPİ-də 322 (özbaşınalıq) maddəsi ilə cinayət işi açılmışdır. Hazırda cinayət işi Bakı şəhər Prokurorluğunun nəzarətindədir.
Xatırlatmaq istəyirik ki, Faiq Seyidovun oğlu Xaliq Seyidov 2014-cü ildə atasına məxsus avtomobili sənədsiz idarə edərək yol-nəqliyyat hadisəsi törətmişdi. Bu hadisə Müdafiə Nazirliyində xidmət edən polkovnikin ölümünə səbəb olmaqla gündəmə gəlmişdi.
/GundemXeber.Az/