"BakuBus” MMC necə narazılıq yaradır?
“BakuBus” MMC -nin Binəqədi rayonunun Goradil və Fatmayı bağlar massivinin sakinlərinin başına açdığı oyunlar bitmir. Adı çəkilən bağlar massivində 5000 mindən çox əhali yaşayır. Əhalinin nəqliyyat qedişlərini bu şirkətin 108 A N-li marşurut avtobusu yerinə yetirirdi. Son yağışların yagmasından sonra, adı çəkilən yaşayış massivlərinə Avtobussların gediş-gəlişi dayandırılıb. Yaranan problemlə bağlı isə, sakinlərin şikayətlərini dinləyən yoxdur.
7GÜN XƏBƏR-in məlumatına görə sakinlərdən biri, jurnalist Rövşən Niftalzadə Sozcu.az -a bildirib ki, adı çəkilən marşurut sürücüləri müdiriyyətin tapşırığı ilə Goradil və Fatmayı bağlar massivinin marşurutdan çəxarıldığını deyirlər.
Rövşən Niftalzadə bildirir ki, həqiqətən də, seriyası 77 FR 200 olan "Hundai" markalı avtomobil marşurut avtobuslarının qarşısını kəsərək, avtobusları öz xətti üzrə işləməyə qoymur.
"Şəxsən mənim ailə üzvlərimdən də, sözü gedən ərazidən iki nəfəri hər səhər işə gedir. Hər gün “BakuBus” MMC -nin yaratdığı problemə görə, ailə üzvlərim işə gecikirlər. Şirkətin rəhbərlərindən soruşuram: təmin etməyəcəyiniz təqdirdə bu yolu niyə aldınız? Yənı siz düşünürsünüz ki, yaratdığınız süni problemə görə dövlət sizdən hesab sormayacaq? - deyə Rövşən Niftalzadə qeyd edib.
7GÜN XƏBƏR qeyri-iş günü olduğu üçün məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənə bilmədi. Mövzunu diqqətdə saxlayacağıq.
Tarix: 26.10.2024