Sakinlərdən şikayət: “Abidin Fərzəliyev Xırdalanı “zibil”ə salıb” – FOTO


Xırdalan şəhər Osman Sarıvəlli küçəsinin sakinləri ərazidən zibillərin təmizlənməməsi ilə bağlı narazılıq edirlər.

Yerli camaat Abşeron rayon İcra Hakimiyyətinə dəfələrlə şikayət etdiklərini bildiriblər.

“119 nömrəli marşrutun sonuncu dayanacağına zibillərin qoxusundan yaxınlaşmaq olmur. Dəfələrlə şikayət etsək də, gəlib təmizləmirlər. Bu vaxta kimi heç bir tədbir görülməyib. Biabırçı və çox acınacaqlı vəziyyətdədir buralar”,- sakinlər deyib.

7GÜN XƏBƏR-in məlumatına görə, məsələ ilə bağlı Globalinfo.az Abşeron rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İH-dən bildirilib ki, artıq təmizlik işləri aparılır:

“Avtomobildə nasazlıq yaranmışdı. Hazırda orada təmizliyin həyata keçirilməsi ilə bağlı işlər aparılır”.
Sakinlərdən şikayət: “Abidin Fərzəliyev Xırdalanı “zibil”ə salıb” – FOTO