Jurnalist Elnarə Qasımovanın həbs müddəti uzadıldı


Avqustun 10-da Bakının Xətai Rayon Məhkəməsi “Abzas Media” işi üzrə həbs edilən jurnalist Elnarə Qasımovanın barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının vəsatətini təmin edib.

Məhkəmənin qərarına əsasən, o, sentyabrın 20-dək həbsdə qalacaq.

7GÜN XƏBƏR xəbər verir ki, bu barədə Turan-a onun vəkili Bəhruz Bayramov məlumat verib.

Müdafiə tərəfi jurnalistin həbs müddətinin uzadılması qərarını əsassız sayır və ondan apellyasiya instansiyası məhkəməsinə şikayət etmək niyyətindədir.

Qasımova məhkəmədə bir daha jurnalist fəaliyyətinə görə həbs olunduğunu bildirib və ona qarşı irəli sürülən ittihamları rədd edib.

Qasımova yanvarın 15-də həbs Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə nəzərdə tutulmuş əməlləri törətməkdə ittiham olunaraq edilib.

Ötən ilin noyabrından eyni iş üzrə “Abzas Media” internet nəşrini idarə edən və onunla əməkdaşlıq edən daha 5 jurnalist və media işçisi həbs edilib.

Hüquq müdafiəçiləri bu işdə adı keçənləri siyasi məhbus kimi tanıyıb, beynəlxalq təşkilatlar isə həbs olunanların azadlığa buraxılmasına çağırıblar.