AXCP sədri barəsində xüsusi ittiham qaydasında şikayət edilib
7GÜN XƏBƏR xəbər verir ki, AXCP sədri bu barədə şəxsi Facebook hesabında paylaşım edib. O, bildirib ki, barəmdə xüsusi ittiham qaydasında cinayət işi başladılıb:"İş üzrə məhkəmənin hazırlıq iclası 13 avqust, saat 11:00-da Nəsimi rayon məhkəməsində olacaq. Məhkəmədən mənə göndərilmiş bildirişdə xüsusi ittihamın kim tərəfindən, hansı bəhanə ilə qaldırıldığı yazılmayıb. Elektron məhkəmə portalında da şikayətçinin kimliyi göstərilməyib. Sadəcə o qeyd olunub ki, xüsusi ittiham Cinayət Məcəlləsinin şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər bölümü ilə əlaqədar qaldırılıb. Cinayət Məcəlləsinin bu bölümündə siyasi rəqiblərə qarşı tez-tez istifadə olunan böhtan (147-ci maddə) və təhqir (148-ci maddə) maddələri də var. Aydındır ki, mən heç kimi təhqir etməmişəm, heç kimə böhtan atmamışam. Repressiya maşınının növbəti saxtakarlığı, növbəti üzəduranlığıdır. İşin lap əvvəlində deyim ki, heç bir cinayət işi, heç bir həbs təhdidi, hətta real həbs belə azadlıq və ədalət uğrunda mübarizəmizi durdura bilməz"-deyə, o, qeyd edib.