Emin Əmrullayev jurnalist Cavid Şirəliyevi niyə cəzalandırmaq istəyir?


Masallı rayon Ərkivan qəsəbə 3 saylı tam orta məktəbin direktoru və həmin məktəbin başqa bir neçə vəzifəli şəxsi jurnalist Cavid Şirəliyevi xüsusi ittiham qaydasında məhkəməyə verib.

Məhkəmənin hazırlıq iclası 18 mart 2024-cü il tarixə təyin edilmişdi. Şikayətçilər məhkəməyə gəlmədikləri üçün hakim prosesi təxirə salıb.

7GÜN XƏBƏR xəbər verir ki, bunu jurnalist Cavid Şirəliyev deyir.

"18.03.2024-cü il tarixdə Masallı rayon Məhkəməsində hakim Zeynal Zeynalovun sədrliyi ilə Masallı rayon Ərkivan qəsəbə 3 saylı orta məktəbin direktoru Famil İsmayılov, həmin məktəbin müəllimləri- Azər Mehtiyev, Sübhan Şiriyev, psixoloq İldırım Nəzərov və Müşfiq Nuriyevin barəmdə verdikləri xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclası keçirilməli idi. Ancaq şikayətçi tərəfdən heç kim məhkəməyə gəlməmişdi. Hakim buna görə hazırlıq iclasını 28.03.2024-cü il tarixə təyin etdi.

Barəmdə xüsusi ittiham qaydasında məhkəməyə şikayət edənlər mənim AR CM-nin 147.2 və 148-ci maddələri ilə həbs edilməyimi istəyirlər"-deyə, Cavid Şirəliyev qeyd edib.

Bizdə olan məlumata görə jurnalist Cavid Şirəliyev Elm və Təhsil Naziri Emin Əmrullayevin tapşırığına əsasən məhkəməyə verilib. Nazir jurnalisti cəzalandırmaq istəyir. Niyə? Yaxşı olmazdımı nazir dəyərli vaxtını təhsildəki problemlərin həllinə ayırsın?!