Qoşqar Hətəmov yüksək insani keyfiyyətlərə malik və öz işinin öhdəsindən layiqincə gələn insandır


Son zamanlar 7GÜN XƏBƏR-də Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayon üzrə sektor müdiri Qoşqar Hətəmov barəsində bir neçə məqalə dərc olunub.

Rayonun tanınmış ziyalılardan olan, lakin müəyyən səbəblərdən adının açıqlanmasını istəməyən bir nəfər bizimlə əlaqə saxladı. Həmin şəxs bizə Qoşqar Hətəmovla bağlı yazılara münasibət bildirərək, onun dövlətçilik yolnda xidmətlərindən, yüksək insani keyfiyyətlərindən və öz işinin öhdəsindən layiqincə gəlməsindən danışdı.

Bildirildi ki, Qoşqar Hətəmovu istəməyən müəyyən qüvvələr onun barəsində mətbuata böhtan xarakterli məlumatlar verirmiş.

Biz də obyektivlik naminə Qoşqar Hətəmov barəsində deyilənləri oxucularımızın diqqətinə çatdırırıq.