Cavid Şirəliyev rəhbəri olduğu qəzetin fəaliyyətini dayandırdı


Bu gün həkim müayinəsindən keçdim. Müəyyən problemlər aşkarlandı. Belə məsləhət oldu ki, telefon və kompüterdən mümkün qədər aralı durum.

Bu sözləri jurnalist Cavid Şirəliyev özünün Facebook hesabında paylaşıb. O, qeyd edib ki, məhz bu səbəbdən də təsisçisi və baş redaktoru olduğum “7GÜN XƏBƏR” qəzetinin (veb səhifə 7gun.az) və media qurumunun sosial şəbəkələrdə olan hesablarının fəaliyyətini sabahdan, yəni 20.10.2021-ci il tarixdən etibarən dayandırıram.

Qeyd edim ki, media orqanı ilə bərabər fəaliyyəti dayandırılmış sosial şəbəkələrdəki hesablarımız bunlardır:

Facebook ▶️ https://www.facebook.com/7gun.tv

YouTube ▶️ https://youtube.com/@7gunaz

İnstagram ▶️ https://www.instagram.com/7guntv

"Tam müalicə olunduqdan sonra müstəqil jurnalist və insan haqlarının müdafiəçisi kimi fəaliyyətimi davam etdirəcəm"-deyə, Cavid Şirəliyev qeyd edib.