Cahangir Mikayılov niyə intihar edib?


Bir neçə gün öncə Ağsu rayon sakini 1996-cı il təvəllüdlü Mikayılov Cahangir Vaqif oğlunun intihar edib.



Mərhum Cahangir Mikayılovun intihar etməsi ilə bağlı dəhşətli məlumatlar əldə etmişik.

Belə ki, Cahangir Mikayılovun Ağsu rayon Mənzil-kommunal təsərrüfatı birliyinin sədri Əli Mustafayevlə aralarında problem olub. Bundan sonra Əli Mustafayev qardaşı və onun oğlu Feyruz Mustafayevlə birlikdə mərhum Cahangir Mikayılovu Ağsu aşırımına aparıblar. Ordan qayıdan kimi Cahangir Mikayılov intihar edib. Niyə? Ağsu aşırımında Cahangir Mikayılovun başına hansı oyunlar açılıb ki, o, öz canına qıyıb?

7GÜN XƏBƏR olaraq mərhum Cahangir Mikayılovun qardaşı Cavanşir Mikayılovun video müraciətini təqdim edirik. Mövzu ilə bağlı araşdırmalarımız davam edəcək.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.