Rəis müavini Rahib Ağayev hansı əməllərlə məşğul olur?- İDDİA


Son vaxtlar müəyyən çevrələrdə elə bir olaylarla bağlı məlumatlar yayılır ki, həmin məlumatları eşidən hər kəs şoka deyil, birbaşa “şökə” düşməli olur. Bu sırada 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin (RMTM-nin) mühafizə işləri üzrə müavini Rahib Ağayevlə bağlı yayılan məlumatları da, məhz belə məlumatlardan hesab etmək olar.

Məsələn, adının çəkilməsini istəməyən mənbənin redaksiyamıza çatdırdığı məlumatlarda bildirilir ki, Rahib Ağayev hal-hazırda strateji vəzifələrdən birini daşısa da, o, latın dilində yazıb- oxumağı bacarmır və bu şəxsin əsas işi-gücü meşə gözətçilərindən nehrə yağı, şor-pendir və s. yığmaqdır. Bundan əlavə, bu şəxs keçirilən atesstasiya imtahanlarında iştirak etməkdən də yayınmağı bacarır və o, daha çox belə bir addımı ilə gündəmə gəlir.

Mənbənin bildirdiyinə görə, son vaxtlar Rahib Ağayev yeni "biznes" növünə girişib. Yəni, bu şəxs yaşıl ağacları məhv edib kustar üsulla kömür hazırlayan işbazlardan, meşə gözətçilərdən kömür alır və o, aldığı kömürün bir kisəsin kafe və restoranlara 15 manata satır. Rahib Ağayevin qol qoyduğu digər əməllərlə bağlı daxil olan məlumatlarda isə vurğulanır ki, bu şəxs Cəlilabad meşələrindən adları "Qırmızı Kitab"a daxil edilmiş azad ağacından kəsilmiş və 60-70 sm-lik diametrdə olan kötükləri qəssab dükanlarına satmaqla da məşğul olur.

Bir sözlə, Rahib Ağayev yuxarıda qeyd olunan sahələrin biznesinə girişib. Amma, onu da unutmaq olmaz ki, 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin mühafizə işləri üzrə müavini Rahib Ağayev gəlir əldə etmək məqsədilə ayrı-ayrı işbazlardan, meşə gözətçilərdən və s. aldığı kömürləri və ət kötüklərini idarədən ona verilən "Niva" markalı xidməti maşınla daşıyır. Bu yöndə araşdırmamız davam edəcək.

Məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq! /Nyus.az/