Qadınları şantaj edən Gəray Feyziyev kimdir?


Qadınları incitmək, onlara qarşı şiddət göstərmək və ya onları şantaj etmək xoşlamadığım bir şeydir. Ancaq təəssüf ki, həyatda belələri kifayət qədərdir. Mövzunu çox uzatmadan mətləbə keçmək istəyirəm.

Söhbət bilirsiz kimdən gedir? Bu dəfəki "qəhrəmanımız" Lerik rayon Zeynoni kənd sakini, elə həmin kəndin orta məktəb müəllimi Gəray Feyziyevdir. Həmin bu şərəfsiz müəllim özü ailəli olduğu halda başqa qadınlarla tanış olub, onlara eşq elan edir. Sonra da onları şantaj edir. Belə də şərəfsizlik olar? Qadın sənə inanıb, səninlə hansısa restorana gedir. Niyə bunu videoya çəkib onu şantaj edirsən? Budurmu sənin kişiliyin?

Deyilənə görə sən müəllimsən. Şagirdlərin var. Sinif otağına girəndə o şagirdlərin üzünə necə baxırsan? Və ya şagirdlər sənin belə ləyaqətsiz olduğunu bilirlərmi? Emin Əmrullayev sənin kimi ləyaqətsiz bir müəllimi necə şərəfli bir sahədə saxlaya bilir?

Hələ utanmadan qadınları güya Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı Ruslan Feyziyevlə hədələyirsən. Tutaq ki, həqiqətən də sənin qardaşın oğlu sözügedən orqanın əməkdaşıdır. Onun adından belə şeylərdə sui-istifadə etməlisən?

Məlumata görə Gəray Feyziyevin belə əməli həddən artıqqdır. Onun əməlindən zərər çəkən qadınlar qorxusundan hüquq mühafizə orqanlarına müraciət edə bilmirlər. Ancaq bu o demək deyil ki, Gəray Feyziyev hər qadını DTX əməkdaşı olan qardaşı oğlu Ruslan Feyziyevlə qorxudacaq. Bir gün haqq-ədalət yerini tapacaq.

Biz Gəray Feyziyevlə bağlı araşdırmalarımızı davam etdirəcəyik. Onun əməlindən zərər çəkənlər bizimlə əlaqə saxlaya bilərlər.

Natiq