Məktəblərində dəşhətli virus yayılıb: Bu xəstəlik keçicidir


Ağsu rayon məktəblərində  el arasında “svinka” kimi tanınan qulaqdibi xəstəliyi yayılıb.

7gun.org-ın məlumatına görə, bu barədə Sozcu.az saytına məlumat verən Ağsu rayon sakinləri bildirirlər ki, əsasən Ağsu şəhər məktəblərində yayılan bu qorxulu virusun şagirdlər arasında yayılmasının qarşısını almaq üçün heç bir tədbir görülmür:

“Artıq 1 aydır ki, Ağsu rayonunda “svinka” xəstəliyi (Qulaqdibi) geniş şəkildə yayılmağa başlayıb. Əsasən şəhər məktəblərində yayılan bu qorxulu virusun qarşısını almaq üçün heç bir tədbir görülmür. Virusa yoluxan şagirdlər xəstəlik tam özünü göstərənə qədər məktəbə buraxılır. Bu xəsləlik isə keçici və həddindən artıq qorxuludur. Ağsu rayon məktəblərində şagirdlərin sağlıq durumuna nəzarət edən qrum yoxdur. Məktəblərdə tibb məntəqələri olsa da, tibb bacılarının əksəriyyəti məktəb direktorlarının yaxınları olduğu üçün bu sahədə özbaşınalıq baş alıb gedir. Tibb bacıları dərs bitənə qədər məktəbdə olmalıdırlar, gəlib araşdırsınlar görsünlər ki, ümumiyyətlə tibb bacıları məktəbə gəlirlərmi? Ümumiyyətlə bunlar kimlərdir, biz də tanıyaq.

Rayon sakini qeyd edir ki, Ağsu şəhər məktəbləri korrupsiya yuvasına dönüb: “Məktəb direktorlarının ancaq bir dədləri var, yalandan işçi adı yazıb maaşlarını alsınlar, özləri və yaxınları üçün dərs saatları yazsınlar. Konkret olaraq məktəb direktorları şagirdlərin təhsilindən və səhhətindən çox çiblərini necə doldmaq haqqında fikirləşirlər.

Rayon sakini qeyd edib ki, məktəblərdə yayılan virusun qarşısını almasalar xəstəlik sürətlə əhali arasında yayılacaq: Uşaqlarımızla bir otaqda qala bilmirik. Bu xəstəlik keçicidir. Daha dözmək olmur. Səhiyyə və təhsil nazirliyindən xahiş edirik, Ağsu məktəblərinə diqqət ayırsınlar. Məktəb direktorları birdən onlara söz gələr deyə, xəstəliyi gizlədirlər.

Xatırladaq ki,  “svinka” kimi tanınan epidermik parotit virus infeksiyasıdır (qulaqdibi). Bütün dünyada yayılan bu virus keçicidir. Əsasən qış aylarının sonunda artan virusa uşaqlar daha meylli olurlar. 5-10 yaş arasında olan uşaqlarda müşahidə edilən qulaqdibi 20 yaşdan yuxarı insanlarda da yarana bilər. Virusa yoluxan insanın hər iki, yaxud bir qulağında boyundan başlayaraq qulaq altına qədər şişkinlik müşahidə olunur.

Qulaqdibi virusa bağlı bir xəstəlikdir. Qulaq ətrafında olan tüpürcək vəzilərinin şişməsi ilə meydana çıxan virus qulaqda ağrıya və boyunun sıxılmasına səbəb olur. Tüpürcək kanallarının ətrafı qalınlaşır, infeksiyanın yayıldığı vəzi tamamilə qanla dolur. Xəstəlik sağalmağa doğru getdikcə xəstəlik müddətində ölən hüceyrələr özünü yeniləməyə başlayar.