Mürsəl İbrahimov toya gedən işçisinə niyə töhmət verib?


Bir neçə ay əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sürpriz rəis təyinatı bu qurumun fəaliyyətində mənfi fəsadlar verəcəyinə dair proqnozlar özünü doğrultdu.

Belə ki, bu sahədə bir gün də olsun təcrübəsi olmayan Mürsəl İbrahimov dövlət üçün strateji sahə olan bu orqanda yaratdığı boşluqlar özünün mənfi fəsadlarını verdi.

Dünən Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir sıra rayon -şəhər bölmələrindəki qanunazidd fəaliyyəti ifşa edib.

Söhbət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad və Laçın rayon şöbələrindən gedir.

Göründüyü kimi bu əməliyyat konket bir rayon, yaxud da bir şəxsə aid deyil, ona görə də bütün bu qanunazidd əməllərin məsuliyyətini Mürsəl İbrahimov daşımalıdır.

Çünki, onun tabeçiliyində olan bir neçə şəxsin vəzifə cinayətlərindən söhbət gedir.

Mürsəl İbrahimov ondan icazəsiz toya gedən komissarın kimliyini öyrənib töhmət verirsə, ola bilməz ki, bu cinayətlərdən də xəbəri olmasın.

Ona görə də Baş Prokurorluğun apardığı əməliyyat və istintaq tədbirlərinin əhatə dairəsi tam müəyyən olunmalı və əsas günahkar şəxslər məsuliyyətə alınmalıdır.

Görünür, uzun illər Eldar Mahmudovun əlinin altında çalışan Mürsəl İbrahimov keçmiş şefi kimi özünün də cəzasızlıq mühitində olduğunu hesab edir.

"Günün Səsi"