"Gəncə-Şərab 2" ASC-i və "Göygöl Şərab Zavodu" insanları necə zəhərləyir?


Hər kəs vergi və digər dövlət ödənişlərini vaxtı-vaxtında ödəməkidir.

7GÜN XƏBƏR-in məlumatına görə Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin 1-ci hissəsində də qeyd edilib ki, Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Düşünürəm ki, əlavə izahata ehtiyac yoxdur.

Gəlin diqqət edək. Bu gün vergilər və digər ödənişlər konstitusiyada deyildiyi kimi ödnilirmi? Yəni, sadalanan tələblərə əməl edilirmi? Birmənalı şəkildə demək olar ki, xeyir! Oliqarx-məmurlara, onların ailə üzvlərinə və yaxın qohum-əqrəbalarına məxsus olan şirkətlərdə vergilərdən və digər dövlət ödənişlərindən yayınma halları kifayət qədərdir. Biz, bir müstəqil media qurumu kimi belə şirkətlər barədə vaxtaşırı ətraflı məlumatlar verməyə çalışacağıq.

Məlumdur ki, hazırda ölkə ərazisində spirtli içkilərin istehsalı ilə məşğul olan bir neçə müəssisə fəaliyyət göstərir. Həmin müəssisələrin fəaliyyətində qanunsuz işlərin olması və onların istehsal etdiyi spirtli içkilərin tərkibinə insan orqanizmi üçün təhlükəli maddələrin qarışdırılması barədə mətbuatda zaman-zaman məqalələr dərc edilib. Ancaq təəssüflər olsun ki, qeyd edilən faktlar aidiyyatı qurumlar tərəfindən araşdırılmır.

Belə müəssisələrdən biri də "Gəncə-Şərab 2" ASC-dir. Deyilənlərə görə bu müəssisədə də vergidən və digər dövlət ödənişlərindən yayınma halları vardır. Bu məqsədlə müəssisədə 50 nəfər (rəqəmlər şərtidir) işçi varsa onlardan maksimum 10 nəfərin əmək müqaviləsi vardır. Qalan işçilərlə əmək müqaviləsi bağlanmır. Həmin o 10 nəfərə əmək müqaviləsində 350-400 manat maaş yazılıbsa, bu reallıqda 800-1000 manat arasında dəyişir. Digər 40 nəfər isə maaşlarını əlbəəl alırlar ki, bu da vergidən yayınma deməkdir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məsul şəxsləri də dəfələrlə deyiblər ki, işçilərə uçotdan kənar əmək haqqları verən şirkətlər var.

Bundan başqa, sözügedən müəssisənin istehsal etdiyi məhsulların tərkibinə elə kimyəvi maddələr qarışdırırlar ki, onlar insan orqanizmində müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. "Gəncə-Şərab 2" ASC-nin rəhbəri müəyyən yerlərdə deyib ki, mənim arxamda yüksək çinli bir məmur dayanır. Ona görə heç kim mənə "gözün üstə qaşın var" deyə bilməz. Düz də deyir. Əgər o nədənsə çəkinsəydi, göz görə-görə qanunsuz işlərlə məşğul olmazdı, insanları zəhərləməzdi. Bu müəssisənin "krişa"sı barədə bizdə müəyyən məlumatlar var. Hazırda bu istiqamətdə araşdırma aparırıq.

Deyilənlərin bariz nümunə kimi deyə bilərik ki, hələ bir neçə ay əvvəl "Gəncə-Şərab2" ASC-nin hər ay istehsal etdiyi 1 milyona yaxın araq və digər spirtli içkilərin tərkibinin də standartlara cavab vermədiyi barədə mətbuatda məlumat yayıldı. Ancaq aidiyyatı dövlət qurumları bu məsələni araşdırmadı. Niyə? Bəlkə onlar kimdənsə qorxdular?! Bəlkə də başqa bir səbəb var?

Bu arada qeyd edək ki, bizə "Göygöl Şərab Zavodu"min da fəaliyyəti ilə bağlı çox ilginc məlumatlar verilib. Qısa olaraq deyək ki, "Göygöl Şərab Zavodu" "Gəncə-Şərab2" ilə müqayisədə daha yüksək adamın nəzarətindədir. Elə buna görə də sonuncu müəssisə küncə sıxşdırılır. Bunu həmin müəssisənin rəhbəri deyir.

Kiçik sahibkarı "çək-çevir" edən, hər xırda məsələyə görə onları sıxma-boğmaya salan aidiyyatı dövlət orqanları nədənsə belə müəssisələrin fəaliyyətini yoxlamağa cəsarət etmir. Maraqlıdır ki, niyə?

Həm "Gəncə-Şərab 2" ASC-i, həm də "Göygöl Şərab Zavodu" barədə geniş araşdırmanı təqdim edəcəyik.

Aygün