Ziya İbrahimov azadlığa buraxıldı
Almaniyadan deportasiya olunduqdan sonra həbs edilən Ziya İbrahimov azadlığa buraxılıb.7GÜN TV-nin məlumatına görə bu barədə vəkil Elçin Sadıqov bildirib. Belə ki, Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə onun barəsindəki işə xitam verilib və məhkəmə zalından sərbəxt buraxılıb: “İttihamda göstərilən hər iki icra vərəqəsi tam icra oldunuğu üçün Ziya İbrahimov azadlığa buraxılıb”.
Xatırladaq ki, bu il mayın 19-da Almaniyadan deportasiya edilən Ziya İbrahimov Bakı hava limanında həbs edilib. Ona 2019-cü ildən axtarışda olduğu bildirilib.
Daxili İşlər Nazirliyi isə həmin vaxt məlumat yayaraq Z.İbrahimovun aliment borcuna görə saxlanıldığını bildirib.