Qafqaz Müsəlmanları İdarəsi ləğv olunmalıdır?


“Bakıda həbs edilən İran casus şəbəkəsinin üzvləri arasında gəmi kapitanı da var. Gəlin, bu səviyyədə vəzifə sahibinin vətənə xəyanət etməsi səbəblərini araşdıraq.

Gəmi kapitanı olmaq, Azərbaycan kimi kiçik ölkədə çox önəmli vəzifədir. Bu vəzifə sahibləri maddi cəhətdən təmin olunmuş, xüsusi imtiyazlara malik, ölkədə sayılıb seçilən şəxslər qrupuna aiddirlər. O zaman ölkədə müvəffəqiyyət qazanmış şəxs nədən vətənə xəyanət etsin?

Mən iki versiya üzərində dayanıram: onlardan birincisi, adamın Qum şəhərində təhsil alarkən “verbovka” edilməsindən sonra ona Azərbaycanda karyera qurmasına maddi və məmur dəstəyinin verilməsidir”.

7GÜN TV xəbər verir ki, bu barədə "Bizimyol"a politoloq Vasif Əfəndiyev danışıb.
Qafqaz Müsəlmanları İdarəsi ləğv olunmalıdır?

O, qeyd edir ki, böyük ehtimalla gəmi kapitanı ranqına yüksəliş yolunda Azərbaycanda "sehirli çubuğun" rolu olub.

Politoloq bildirir ki, İranın strateji obyektlərimizə casus yerləşdirməsində rüşvətin rolunun və ya daha yüksək vəzifədə oturan şəbəkə üzvünün rolu olması aydınlaşdırılmalıdır. Hər iki halda da xəyanət izi var. Vasif Əfəndiyevin fikrincə, bunun qarşısını almağın yolu sadədir:

"Belə ki, ilk növbədə rüşvət və "dayı zəngi" ilə vəzifə təyinatı aradan qaldırılmalıdır. Rüşvətxor məmurun nəfsi səbəbindən ölkənin müstəqilliyi və ərazi bütövlüyü təhdid altına düşə bilər. İkincisi isə bütün bu faktların baş verməsinin ilkin mənbəyi məzhəb üzərindən həyata keçirilir. İran şiəlik üzərindən sanki “dən səpib, quş tutur"".

Şiə məzhəbli vətəndaşlarımız inanc və iman yaxınlığı ilə İran xüsusi xidmət orqanlarının tələsinə düşürlər. Bu pəncərəni də bağlamağın zamanıdır”,- deyən Vasif Əfəndiyev hesab edir ki, Azərbaycanda dinin sağlamlaşdırılması istiqamətində fəaliyyət aparılmır. Qafqaz Müsəlmanları İdarəsi və dini komitə tam fiaskoya uğrayıb və hadisələrin arxasınca sürünür. Ona görə də QMİ ləğv olunmalı və dini işlər dövlət komitəsinə tapşırılmalıdır. Ölkədə dini rəhbər statusu dəyişdirilməlidir. Azərbaycan müsəlmanlarına mənəvi rəhbərliyi müfti etməlidir".

V.Əfəndiyevin fikrincə, bu illər ərzində Şexülislamın müsəlmanları məzhəb ayrı-seçkiliyindən islam birliyinə dəvət etmək kimi öhdəliyi olmayıb.