İranda ötən sutka koronavirusdan 133 nəfər ölüb


İranda ötən sutka ərzində 133 nəfər koronavirusdan (COVID-19) ölüb.

Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da ölkədə bu virusdan ölənlərin sayı 133570 nəfərə yüksəlib.
İranda son 24 saat ərzində 18598 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6780453 nəfərə çatıb.