Eşqi Bağırov, məktəb direktoru Vaqif Hüseynovun əxlaqsız əməlləri niyə cəzasız qalıb?
Ağcabədi rayonu, Qış yatağı, Katos obasında yerləşən Laçın rayon Katos kənd ümumi orta məktəbində özbaşınalıqlar, baş verən qanun pozuntuları və korrupsiya halları ilə bağlı bor sıra araşdırmaları diqqətinizə çatdırmıq.Məktəbin direktoru Vaqif Hüseynovun əxlaqsız, korrupsioner əməlləri hələ ki, Laçın rayon Təhsil şöbəsinin rəhbərliyi tərəfindən ört-basdır etmək cəhdləri davam edir. Redaksiyamızdan Təhsil nazirliyinə və Baş prokurorluğa ünvanladığımı müraciətlər isə cavabsız qalmayıb. Bu barədə qısa zamanda ətraflı məlumat verəcəyik. Bir o məlumdur ki, yaxın günlərdə Vaqif Hüseynovun qanunsuz əməlləri ciddi araşdırılacaq və bu şəxsin cəzalandırılacağına heç şübhəmiz yoxdur.
Laçın rayonu Katos kənd orta məktəbində əslində nə baş verir?
Qeyd etmək yerinə düşər ki, Katos kənd orta məktəbi adı altənda fəaliyyət göstərən müəssisədə şagird yoxdur. Vaqif Hüseynovun sənədləri saxtqlaşdırmaqla adlarını jurnallara yazdığı şagirdlər əslində başqa orta məktəblərdə təhsil alırlar. Məktəbin işçi kollektivinin siyahısına nəzər yetirəndə məlum olur ki, Katos kənd orta məktəbi Hüseynov və qohumlarının maliyyə yeyintisi olan obyektdir. Öz bacılarını, yaxın qohumlarının adlarını ştat cədvəlinə yazdıran Vaqif Hüseynov dövlətin büdcəsini qanunsuz yollarla talamaqdadır. Bununla kifayətlənməyən əxlaqsız direktor məktəbdən qazandığı pullarla özünə böyük ferma da tikib. Ən maraqlısı isə Hüseynov bütün bu cinayətlərdə Təhsil nazirliyində şöbə müdiri işləyən Eşqi Bağırovla şərik olduğunu önə çəkir. Özünü Eşqi Bağırovun yaxın adamı kimi təqdim edən Vaqif Hüseynovun doğru dediyini öyrənmək üçün redaksiyamız adından şöbə müdirinə məktub ünvanlamışıq. Məktubda qeyd olunan sualları burda da cənab Eşqi müəllimə ünvanlayırıq:
1. Hörmətli Eşqi müəllim. Laçın rayon Katos kənd orta məktəbinin direktoru Vaqif Hüseynov özünü sizin yaxın adamı sayır və məktədə həyata keçirtdiyi saxtakarlıq və korrupsiya əməllərindən əldə etdiyi gəliri sizinlə bölüşdüyünü deyir. Buna münasibətiniz?
2. Adı olub özü olmayan məktəbin, şagirdi olmayan, ştat cədvəllərini özünün qohumlarının adı ilə dolduran direktor Vaqif Hüseynov niyə cəzalandırılmır?
3. Pedqoji təhsili olmayan Hüseynov hansı əsaslarla illərdir direktor kimi çalışır?
4. Direktora ehtiyacı olan Katos kənd orta məktəbinin adıçəkilən ştatı niyə vakansiya kimi qeyd olunmur və burda maraqlı plan kimlərdir?
5. Əxlaqsız əməlləri, sosial şəbəklərdə eyş işrət məclislərinin reklamı ilə ad çıxaran Vaqif Hüseynov niyə cinayət məsuliyyətinə cəlb edilmir, onun dövlətdən oğurladığı pullar niyə geri büdcəyə qaytarılmır?
6. Əgər Sizin burda marağınız yoxdursa bu qədər ağır cinayətlər törətmiş direktor barəsində Baş prokurorluğa niyə müraciət olunmur?
7. Məktəbin jurnallarında saxta şagird adları, stata salınmış şəxslərin məktəbdə görünməməsi, direktorun bacılarına və digər qohumlarına məktəb adı ilə kart paylaması kimi faktlar niyə araşdırılmır?
Ümid edək ki, cənab Eşqi Bağırov sorğularımızı tezliklə cavablandıracaq və tədbir görəcək.
Aldığımız məlumatlarda qeyd olunur ki, bu yaxında Katos kənd orta məktəbi ilə bağlı lazımı tədbirlər görüləcək.
Qeyd etmək yerinə düşər ki, əxlaqsız əməlləri ilə məşhur olan məktəb direktoru Vaqif Hüseynov hazırda yaşadığı qəsəbədə, yəni Ağcabədi rayonu Taxta Körpü ərazisində özünə qoçu dəstə düzəldib və bu yolla ondan şikayətçi olan insanların evlərinə, uşaqlarına hücumlar edir. Bir neçə gün öncə Vaqif Hüseynov və qohumlarından biri şikayətçi vətəndaşın azyaşlı uşağını ölümlə hədələyib. Şikayətçi vətəndaşın azyaşlı uşağının oxuduğu məktəbə hücumlar təşkil edən Vaqif Hüseynov hazırda yaşadığı qəsəbədə əxlaqa sığmayan əməllərlə də ad çıxarıb.
Xatırladaq ki, Vaqif Hüseynovun qohumları tez - tez sosial şəbəkədə Ölkə başçısına ünvanına xoşağəlməz ifadələr səsləndirirlər. Həmin video görüntüləri, Hüseynovun dəstəyi və tapşırığı ilə yaxın qohumu Prezidentə qarşı səsləndirdiyi ifadələri faktlarla diqqətinizə çatdırqcağıq. Bizdə olan məlumata görə, Vaqof Hüseynov, onun qardaşı Saqif Hüseynov və digər qohumları radikal müxalifətlə sıx əlaqədədirlər.
Bundan əlavə ötən yazıda qeyd etmişdik ki, Vaqif Hüseynov yaşadığı qəsəbədə əxlaqsız əməlləri ilə də ad çıxarıb. Tez-tez içki məclisləri təşkil edərək onu sosial şəbəkədə paylaşan direktorun başqa bir xanımla eşq məcarası qəsəbədə narazılıqla qarşılanıb. Vaqif Hüseynovun özünə məxsus fermada törətdiyi əməllər bu şəxsə qarşı xoş olmayan münasibət formalaşdırıb. Öz ailəsində problemlərə səbəb olan direktorun əxlaqsız əməlləri qarşıdurmalara səbəb olub. Hüseynovun yaxın qohumlarınsan biri isə qoyun oğurluğuna görə cəzalandırılıb. Bununla kifayətlənməyən həmin qohum bir neçə nəfəri aldadaraq pullarını mənimsəyib. Hazırda baş verən “eşq məcarası” və digər şikayətlərlə bağlı araşdırmalar aparırıq. Qəsəbə sakinləri ilə danışıqlarımız baş verənləri təsdiq etsədə Vaqif Hüseynovun qurbanı olan xanımın və onun qohumlarının da kimliyini öyrənmişik və onların baş verənlərə münasibətini işıqlandırmağa çalışacağıq. Xatırladım ki, Vaqif Hüseynovun qohumları həmin hadisədən sonra təcavüzə məruz qalmış xanıma hücum çəkiblər və ona xəsarətlər yetiriblər.
Bu barədə növbəti yazıda ətraflı məlumat verəcəyik və redaksiyamıza hadisə ilə bağlı müraciət edən vətəndaşın yazdıqlarını olduğu kimi təqdim edəcəyik.
Bizi izləyin!