Prezidentə müraciət: Katos məktəbinin direktoru Vaqif Hüseynovun korrupsiya əməlləri və “EŞQ MƏCARASI”


Ağcabədi rayonu, Qış yatağı, Katos obasında yerləşən Katos kənd ümumi orta məktəbində özbaşınalıqlar, baş verən qanun pozuntuları və korrupsiya halları ilə bağlı redaksiyamıza çoxlu şikayətlər daxil olub.

Redaksiyamızın rəhbəri bizə ünvanlanan faktlarla bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Baş Prokuror cənab Kamran Əliyevə, Təhsil naziri cənab Emin Əmrullayevə, nazirliyin şöbə müdiri cənab Eşqi Bağırova müraciət ünvanlayaraq, Laçın rayonu Katos kənd orta məktəbində baş verən korrupsiya halları ilə bağlı araşdırılma aparılmasına və qanunları pozaraq dövlət büdcəsini talayan məktəbin direktoru Vaqif Hüseynovun digər bu kimi əməllərinə hüquqi qiymət verilməsinə göstəriş verilməsini xahiş etmişdir. Həmin müraciətdə bir sıra faktlara toxunan baş redaktor Vaqif Hüseynov kimi şəxslərin yaşadığı qəsəbədə törətdiyi əməllərə görə məktəbdən kənarlaşdırılmasını qeyd etmişdir. Müraciəti qısa formada diqqətinizə çatdırırıq:

Hörmətli cənab Prezident və Hörmətli cənablar!
Ağcabədi rayonu, Qış yatağı, Katos obasında yerləşən Katos kənd ümumi orta məktəbində özbaşınalıqlar, baş verən qanun pozuntuları və korrupsiya halları ilə bağlı redaksiyamıza çoxlu şikayətlər daxil olub.

Laçında korrupsiya əməlləri: Vaqif Hüseynov Katos kənd orta məktəbini “özəlləşdirib” başlığı ilə mediada dərc olunmuş yazılarda məktəbin direktoru Hüseynov Vaqifin şəxsi maraqları zəminində qohumlarının adlarını iş ştatlarına qeyd etməklə onlara saxta yolla əmək haqqı yazdırdığı barədə məlumat verilib. Bundan başqa, Katos məktəbinin direktoru Vaqif Hüseynovun yaxın qohumlarını məktəbdə texniki işçi kimi adlarını ştata salmaqla onlara saxta yollarla əmək haqqı yazdırdığı məlum olub.

Lakin Ağcabədi rayonu Taxta körpü ərazisində yaşayan sakinlər qeyd edib ki, direktorun qohumları, ümumiyyətlə, Katos kənd orta məktəbinə getmir və ştatlar üzrə işlərini icra etmirlər.

Mediada dərc olunmuş yazılarda o da qeyd olunub ki, 9 illik Katos kənd orta məktəbinin direktoru saxta yollarla hərbidən yayınıb. İxtisasca müəllim olmayan Vaqif Hüseynov direktor kimi işləməsi üçün imtahanlardan bal toplamayıb. “Mənim arxamda Eşqi Bağırov dayanıb” – deyən direktorun diplomu saxta olan müəllimləri işlə təmin etdiyi danılmaz faktdır. Məktəbdə adı gedən şagirdlər sinifdən-sinfə qanunsuz yollarla keçirilir. Jurnallarda elə şagirdlər var ki, onlar ümumiyyətlə, məktəbə gəlmirlər. Direktorun Bakıda yaşayan azyaşlının adını məktəbin şagird siyahısına salması təkrar olunan qanunsuzluq kimi təkzibolunmaz faktdır.
Hörmətli cənab Prezident, hörmətli cənablar!
Qeyd etmək yerinə düşər ki, məktəb direktoru Vaqif Hüseynov hazırda yaşadığı qəsəbədə, yəni Ağcabədi rayonu Taxta Körpü ərazisində özünə qoçu dəstə düzəldib və bu yolla ondan şikayətçi olan insanların evlərinə, uşaqlarına hücumlar edir. Bir neçə gün öncə Vaqif Hüseynov və qohumlarından biri şikayətçi vətəndaşın azyaşlı uşağını ölümlə hədələyib. Şikayətçi vətəndaşın azyaşlı uşağının oxuduğu məktəbə hücumlar təşkil edən Vaqif Hüseynov hazırda yaşadığı qəsəbədə əxlaqa sığmayan əməllərlə də ad çıxarıb.

Dəfələrlə hüquq – mühafizə orqanlarına, eləcədə Təhsil nazirliyinə Vaqif Hüseynovun korrupsiya və digər qanunsuz əməllərindən şikayətlər olunub. Lakin ixtisası uyğun olmayan məktəb direktoruna qarşı hər hansı tədbir görülməyib. Vaiqf Hüseynov hamıya özünü Təhsil nazirliyində şöbə müdiri olan Eşqi Bağırovun yaxın adamı kimi təqdim edir. Bütün bunları nəzərə alaraq Sizdən Laçın rayonun şagirdsiz Katos kənd orta məktəbinin direktoru Vaqaif Hüseynovun qanunsuz əməllərinin araşdırılmasına göstəriş verməyinizi xahiş edirəm”.

Xatırladaq ki, dünən olunan müraciətə ərizələr, Vaqif Hüseynovun direktoru olduğu məktəbdə qanunsuz işləyən şəxslərin kimliyi və saxta diplomlu müəllimlərin adları əlavə edilib.

Qeyd edək ki, Katos kənd orta məktəbinin direüktoru Vaqif Hüseynovun və yaxınlarının azyaşlı uşaqları və vətəndaşları hədələməsi ilə bağlı Daxili İşlər Nazirliyinə və Baş prokurorluğa müraciət olunub. Növbəti yazıda bununla bağlı ətraflı məlumat verəcəyik.

Bundan əlavə ötən yazıda qeyd etmişdik ki, Vaqif Hüseynov yaşadığı qəsəbədə əxlaqsız əməlləri ilə də ad çıxarıb. Tez-tez içki məclisləri təşkil edərək onu sosial şəbəkədə paylaşan direktorun başqa bir xanımla eşq məcarası qəsəbədə narazılıqla qarşılanıb. Vaqif Hüseynovun özünə məxsus fermada törətdiyi əməllər bu şəxsə qarşı xoş olmayan münasibət formalaşdırıb. Hazırda bu baş verən “eşq məcarası” ilə bağlı araşdırmalar aparırıq. Qəsəbə sakinləri ilə danışıqlarımız baş verənləri təsdiq etsədə Vaqif Hüseynovun qurbanı olan xanımın da kimliyini öyrənməyə və onun baş verənlərə münasibətini işıqlandırmağa çalışacağıq. Xatırladım ki, Vaqif Hüseynovun qohumları həmin hadisədən sonra təcavüzə məruz qalmış xanıma hücum çəkiblər və ona xəsarətlər yetiriblər.

Bu barədə növbəti yazıda ətraflı məlumat verəcəyik və redaksiyamıza hadisə ilə bağlı müraciət edən vətəndaşın yazdıqlarını olduğu kimi təqdim edəcəyik.

Bizi izləyin!

7gun.org

Prezidentə müraciət: Katos məktəbinin direktoru Vaqif Hüseynovun korrupsiya əməlləri və “EŞQ MƏCARASI”
Prezidentə müraciət: Katos məktəbinin direktoru Vaqif Hüseynovun korrupsiya əməlləri və “EŞQ MƏCARASI”
Prezidentə müraciət: Katos məktəbinin direktoru Vaqif Hüseynovun korrupsiya əməlləri və “EŞQ MƏCARASI”