Kimlər "Azərenerji” ASC-nin Avtonəqliyyat İdarəsini bazara çevrib?
Ölkə gündəmini diqqətlə izləyən vətəndaşlar bəlkə də xatırlayarlar, Baba Rzayev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin olunandan sonra fəaliyyətə başlar-başlamaz dövri mətbuatda “Azərişıq” işçılərinin “Azərenerji”yə kütləvi şəkildə axacağı barədə məlumatlar yayıldı. Bildirilirdi ki, bu dəyişiklik təkcə strtuktur və mövcud idarəetmə sistemində deyil, həm də kadrlarda özünü göstərir. Qeyd olunurdu ki, “Azərişıq”da artıq çemodanlarını hazırlayıb daha da böyük vəzifəyə getmək istəyənlərin sayı heç də az deyil. Onlardan biri kimi iyirmi ildən çox “Azərişıq” Səhmdar Cəmiyyətinin Avtonəqliyyat İdarəsinin rəisi vəzifəsində işləmiş Səxavət Səlimov göstərilirdi. Proqnozlar doğru çıxdı.Belə ki, son vaxtlar Səxavət Səlimov ona bu və ya digər sualları vermək üçün telefon açan jurnalistlərə “mən artıq işdən çıxmışam” – cavabını verir. Halbuki, o, daha yüksək vəzifəyə — “Azərenerji” ASC-nin Avtonəqliyyat İdarəsinin rəisi vəzifəsinə irəli çəkilib. Çoxdan göz dikdiyi kresloda yayxanan kimi əvvəl rəhbərlik etdiyi qarajda ətrafına yığdığı İsmayıllı rayonundan olan həmyerlilərini də yanına çəkib. Onların boşalan yerlərinə yenə də İsmayıllıdan adamlar gətirib. Xidməti maşınla təmin etdiyi sürücüsünə isə külli – ixtiyar verib. O zalım da işçilərə necə deyərlər, qan uddurur.
Səxavət Səlimov “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Avtonəqliyyat İdarəsini çapıb-talamaq hesabına özünə nəhayətsiz haram kapital toplayıb. Qəribədir ki, Baba Rzayev bütün bunları bilə-bilə Səlimova necə daha yüksək vəzifəni etibar edib. Görünür, Səlimovda Rzayevi qane edən başqa vacib məziyyətlər vardır. Yəqin, Səlimov idarəyə ayrılan yanacaq, sürtgü yağları, şin və başqa ehtiyat hissələrini “səmərəli və təyinatı üzrə silməkdə” pərgardır və tabe olduğu şəxslərə münasibətdə öz adına uyğun olaraq səxavətlidir.Səxavət Səlimovun suallardan yayınmaq üçün tez-tez istifadə etdiyi bir fənd də şəkər xəstəsi olduğunu, ürəyi ağrıdığını deyib jurnalistləri özü ilə təmasdan çəkindirməsidir. Belə olan halda o, cəmi bircə suala cavab versə, yetərlidir?
“Xəstəsənsə, niyə vəzifədən əl çəkmirsən?” Redaksiya olaraq hazırda Səxavət Səlimovun “Azərenerji”nin tender və kotirovkalarından bir qayda olaraq “qalib” çıxan “Marketinq və Servis Müəssisəsi” MMC ilə və həmin MMC-nin qanuni təmsilçisi Fikrət Səlimov ilə mübhəm əlaqələrini araşdırırıq.
"Azərbaycan Reallığı" olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!
Mövzunu davam etdirəcəyik.