Qonağı efirdən qovan tanınmış aparıcı ilə bağlı kanal hansı qərar verəcək?


Ötən gün ARB telekanalında Zaur Kamalın aparıcısı olduğu "Həmin Zaur" verilişində qalmaqallı hadisə baş verib. Belə ki, teleaparıcı əslən Cənubi Azərbaycandan olan məşhur müğənni Afşin Azəri ilə mübahisə edərək, onu efirdən qovub.

Bu olay əksər izləyicilərin etirazına səbəb olub. Bildirilir ki, Zaur Kamalın qonağa qarşı davranışı etikadan kənar olduğundan, ARB telekanalı onunla bağlı cəza tədbiri görməlidir.

7GÜN TV xəbər verir ki, efirdə baş verən hadisə ilə bağlı Modern.az-a açıqlama verən ARB telekanalının mətbuat katibi Mail Əsgərov məsələ ilə bağlı araşdırma aparıldığını bildirib.

"Araşdırmaların yekunu olaraq hansı tədbirin görülüb-görülməməsi ilə bağlı qərar veriləcək. Bir tərəfin mövqeyini dərc etmək düzgün deyil. Bu səbəbdən araşdırılmalar aparılıb, təfsilatlar üzə çıxarılacaq. Son məlumat isə mətbuata çatdırılacaq", - deyə mətbuat katibi vurğulayıb.