Bakıda ağacları kəsdilər, narkoman yuvası üzə çıxdı
Azərbaycan Tibb Universitetinin yaxınlığındakı tikili narkoman yuvasına çevrilib.7GÜN TV xəbər verir ki, bu barədə Oxu.Az-ın redaksiyasına ərazidən videogörüntülər göndərilib.
Bildirilib ki, narkoman yuvasını təmizləmək məqsədilə ərazidə işlər aparılır.
Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyindən isə saytımıza bildirilib ki, sözügedən ərazi (təxminən 1500 kv.m torpaq sahəsi) 12 il əvvəl sökülmüş tikililərin qalıqlarından ibarət, uzun müddət baxımsız qalmış, yararsız avtomobil şinlərinin yığıldığı, məişət, inşaat və digər növ tullantıların toplandığı, səfil həyat tərzi sürən şəxslərin gecələdiyi yerə çevrilib:
“Bu da qeyd olunan ərazidə antisanitar vəziyyətin yaranmasına səbəb olub. Daxil olmuş çoxsaylı şikayətləri nəzərə alaraq 10.06.2022-ci il tarixdən başlayaraq, həmin sahədən təqribən 70 kubmetr həcmində müxtəlif tullantı materialları daşınaraq zərərsizləşdirilib. Ərazidə səliqə-səhman və təmizlik yaratmaq üçün aparılan işlər zamanı xüsusi texnikanın hərəkətini məhdudlaşdıran, yabanı halda bitmiş iki ədəd Ayland kolu götürülüb. Həyata keçirilən söküntü və təmizlik işləri yekunlaşdıqdan sonra ərazidə yaşıllıq bərpa ediləcək”.
Bildirilib ki, Azərbaycan Tibb Universitetinin yaxınlığında ağacları kəsirlər. Həmin ağaclar yük avtomobilinə yüklənərək ərazidən daşınır.
Məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq.
ETSN-in mətbuat katibi İradə İbrahimova Oxu.Az-a bildirib ki, hadisə barədə məlumatlıdırlar:
“Əməkdaşlarımız ərazidə araşdırma aparır”.
Həmin görüntüləri təqdim edirik: