Masallı Regional Meşə Təsərrüfatı İdarəsinin imtiyazlı "mütəxəssisləri" meşələri talayır?!


Masallı Regional Meşə Təsərrüfatı İdarəsində çalışan bəzi əməkdaşlar 30 ildən çoxdur ki, Masallı-Yardımlı və Cəlilabad meşələrinin qəniminə çevriliblər.

Meşəçilik sahəsində ixtisası olmayanlar uzun müddət meşə sahələrinin qorunmasına nəzarət ediblər. Meşələrdə narkotik bitkilərin əkilib-becərdilməsi, ağac emalı sexlərinin fəaliyyət göstərməsi, mebel hissələri, fonerka və parket istehsalından ötrü qiymətli cavan ağacların kütləvi şəkildə doğranıb baha qiymətlərə satılması barədə sosial şəbəkələrdə kifayət qədər məlumatlar və video materiallar yayımlanıb. Lakin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidməti və digər aidiyyatı qurumlar dövlətdən əmək haqqı alan meşə "mütəxəssisləri" barəsində müvafiq hüquqi tədbirləri həyata keçirtməmişlər. Masallı rayon Meşə Təsərrüfatı İdarəsinin keçmiş rəisləri - Siyasət Qarayevin və Ağaqardaş Qaraşovun Ekologiya və Təbii Sərvətlər Nazirliyində Meşələrin İnkişafı Xidmətinin rəisi vəzifəsində işlədikləri müddətdə Masallı Regional Meşə Təsərrüfatı İdarəsi "qızıl" dövrünü yaşayıb. Meşələrin dərinliyində narkotik plantasiyalar salınıb. Namiq Xıdırov da həmin vəzifədə işləyərkən onların qoyduğu ənənəni davam etdirib. Oğurluq və rüşvət pramidası cinayətkar bir şəbəkənin Masallı- Yardımlı və Cəlilabad meşələrinə nəzarət etməsinə səbəb olub. Ekologiya və Təbii Sərvətlər Nazirləri isə alınan haqq - hesaba görə törədilən ekoloji cinayətlərə ğöz yumublar. Xüsusilə, Hüseynqulu Bağırovun Nazir vəzifəsində işlədiyi dövrdə cənub meşələrində bəzi ağacların nəsli kəsilib. İdarənin keçmiş işçilərindən biri danışıb ki, "işdən çıxsalar da meşənin sirrlərini açıb dağıdan adamlar müxtəlif üsullarla cəzaya məruz qalırlar". Meşəçilik sahəsində təhsili olmayan, Ağaqardaş Qaraşovun qudası, Masallı rayon Şıxlar kənd sakini Adil Quliyev uzun müddət meşə mühəndisi vəzifəsində çalışaraq meşələrdən yığılan gəlirlərin bölünməsinə və kadrların işə götürülməsinə nəzarət edib. Hal-hazırda onun mebel biznesiylə məşğul olan oğlu Sadiq Quliyev atasının vəzifəsinə yiyələnib. Sadiq Quliyev də meşəçilik ixtisasına malik deyil.

İdarənin əməkdaşlarının birindən öyrəndik ki, əslən Yardımlı rayonundan olan Masallı Regional Meşə Təsərrüfatı İdarəsinin yeni direktoru Əlizamin Talıbov da Ağaqardaş Qaraşovun zəmanəti ilə həmin vəzifəyə təyin olunub. İdarədə kök salmış tanışlıq və qohumluq ənənəsi davam edir. 2018 - ci ildə 8 aya yaxın müddətdə Masallı Meşə Təsərrüfatı İdarəsinin rəisi vəzifəsində çalışmış, hal-hazırda Yardımlı rayon İHB-nın Şıxlar inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən Füzuli Bağışovun meşə brokenyerləri ilə işbirliyində olması barədə məlumatlar vardır. Deyilənlərə görə idarənin "qara kassası" kimi tanınan rəis müavini Faiq Məmişov, mühəndis vəzifəsində işləyən Abturab Bağırov, sahə rəisi Tariyel Məlikov və Masallı meşələrinə nəzarət edən Emin Əhədov meşələrin bərbad hala salınmasında idarənin keçmiş müdirlərinin, hal- hazırda isə Əlizamin Talıbovun göstərişlərini bilavasitə icra edirlər. İdarədə arxayınçılıq o həddə çatıb ki, kadrların işə götürülməsi və təyinatları xüsusi şəxslərin təqdimatlarından sonra icra olunur. Vakant ştatlar haqqında Məşğulluq Mərkəzinə bildiriş göndərilmir. Məhz Meşlərin İnkişafı Xidmətinin rəhbərliyindən gələn arxayınlığın və özbaşınalığın nəticəsidir ki, Qarabağ müharibəsi əlili, ali təhsilli meşə təsərrüfatı mütəxəssisi, 2018- ci ilin oktyabrında qanunsuz olaraq ixtisara salınmış Namiq Atakişiyevin hüquqları 4 ilə yaxındır ki, bərpa olunmur. Maraqlıdır ki, Masallı rayon İcra Hakimiyyətinin, prokurorluq və polis orqanlarının rəhbərlikləri də Regional Meşə Təsərrüfatı İdarəsindəki qanunsuz hərəkətlər barədə edilən müraciət və şikayətlərə biganə münasibət göstərirlər.
Son vaxtlar Yardımlı meşələrində ağacların qırğını başlayıb. Əldə etdiyimiz video materialdan aydın olur ki, meşə sahələrində dərəbəylik və özbaşınalıq hakimdir.

Yardımlının 4 saylı meşəbəyiliyinin 13 - cü dolayında çəkilən video materialdan görünür ki, meşələrdə ağacların kütləvi şəkildə qırılıb satılmasından ötrü meşə "mütəxəssisıəri"nin istifadəsində bütün vasitələr vardır. Son günlər Yardımlı meşələrində doğranmış külli miqdarda ağac və taxtaların Faiq Məmişovun yeznəsi meşə nəzarətçisi Ağagül Ağayevə məxsus olduğu söylənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin direktoru Xalıqverdi Hüseynovu Masallı Regional Meşə Təsərrüfatı İdarəsinin işçiləri Ağaqardaş Qaraşovun zəmanəti ilə yaxşı tanıyırlar. Talançılıq , oğurluq, rüşvət və ələbaxımlılıq ənənələri davam edir.

Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

Rafiq Şahbazov


Masallı Regional Meşə Təsərrüfatı İdarəsinin imtiyazlı  "mütəxəssisləri" meşələri talayır?!
Masallı Regional Meşə Təsərrüfatı İdarəsinin imtiyazlı  "mütəxəssisləri" meşələri talayır?!
Masallı Regional Meşə Təsərrüfatı İdarəsinin imtiyazlı  "mütəxəssisləri" meşələri talayır?!
Masallı Regional Meşə Təsərrüfatı İdarəsinin imtiyazlı  "mütəxəssisləri" meşələri talayır?!