Deputat şəhid ailəsinin evinə ayaqqabı ilə girdi-FOTO


Millət vəkili Ramil Həsən bu dəfə şəhid ailəsinin evinə - uşaqların ayaqyalın gəzdiyi yerə ayaqqqabı ilə daxil olub.

7GÜN TV-nin məlumatına görə, şəhid Allahverdi Ələkbərovun ailəsinə bayram sovqatı aparan R.Həsən ayaqqabılarını çıxarmağa tənəzzül etməyib. Bu da təbii olaraq birmənalı qarşılanmayıb.

Qeyd edək ki, R.Həsən həyat yoldaşı Yekatrina Həsən ilə onun ilk həyat yoldaşından olan uşağı atasından qaçırmaqda ittiham olunmuşdu. Belə ki, deputatın həyat yoldaşı Yekaterina Həsən buna görə Moldovada cərimələnmişdi. Bu hadisə, millət vəkilinin özünün də adı hallanırdı. /32gün/
Deputat şəhid ailəsinin evinə ayaqqabı ilə girdi